Texnologiya nəhəngi Samsung Avropanın aparıcı süni intellekt startaplarından biri olan Fransanın Mistral şirkəti ilə strateji tərəfdaşlıq yaradıb.
Tvit.az xarici mediaya istinadən xəbər verir ki, şirkətlərin açıqlamasına görə, Samsung Electronics Mistralın 3 milyard avroluq investisiya raunduna rəhbərlik edib və şirkətdə strateji pay əldə edib. Bu investisiya mərhələsindən sonra Mistralın bazar dəyəri 21 milyard avroya çatıb.
Tərəfdaşlıq çərçivəsində Samsung Mistralın süni intellekt modellərini, o cümlədən “Mistral Large” böyük dil modelini yarımkeçirici istehsal proseslərinə inteqrasiya edəcək. Əsas məqsəd yarımkeçirici infrastrukturu üçün optimallaşdırılmış süni intellekt modellərinin hazırlanmasıdır.
Samsung Mistral modellərini real çip istehsal proseslərində tətbiq etməyi planlaşdırır. Süni intellektdən çip qüsurlarının erkən aşkarlanması və istehsal avadanlıqlarının optimallaşdırılması kimi proseslərdə istifadə olunacaq. Şirkət bunun çip istehsalının sürətləndirilməsinə və dəqiqliyin artırılmasına imkan verəcəyini gözləyir.
Aysel Şirinova