İran Mülki Aviasiya Təşkilatının rəhbəri Əbuzər Şirudi ABŞ-ın ölkənin aviaşirkətlərinə qarşı tətbiq etdiyi sanksiyaların xərcləri artıra biləcəyini, lakin uçuşların dayandırılmasına səbəb olmayacağını bildirib.
Tvit.az xarici mediaya istinadən xəbər verir ki, Şirudi qeyd edib ki, bu, İran xalqına qarşı uğursuz siyasətin təkrarıdır. Onun sözlərinə görə, ölkənin aviasiya sənayesi onilliklərdir bu cür təzyiqlərlə üzləşir və İran mütəxəssisləri dəfələrlə öz imkan və dözümlülüklərini nümayiş etdiriblər.
ABŞ Maliyyə Nazirliyinin ötən gün açıqladığı yeni sanksiyalara toxunan Şirudi bildirib ki, məhdudiyyətlər əməliyyatların və bəzi ehtiyacların təmin edilməsinin xərclərini artıra bilər.
Aysel Şirinova