Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya ABŞ İranın bir neçə neft tankerini məhv etdi
dünya

ABŞ İranın bir neçə neft tankerini məhv etdi

09-09-2026 11:00 19 Baxış
IMG

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın beş neft tankerinin məhv edildiyini açıqlayıb.


Tvit.az bu barədə ABŞ mətbuatına istinadən xəbər verir.


Məlumata görə, “Kaviz”, “Charminar”, “Horizon 1” və “Riesco” tankerləri Oman körfəzində, “Derya” tankeri isə İranın Xarq adası yaxınlığında hədəfə alınıb.


CENTCOM bildirib ki, zərbələr İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) ABŞ hərbi qüvvələrinə qarşı hücum cəhdlərinə cavab olaraq həyata keçirilib. ABŞ tərəfinin məlumatına görə, tankerlərin heyəti zərbələrdən əvvəl təxliyə edilib.


Elmin Alışov