İsveç ölkədəki sağçı koalisiya hökuməti immiqrantların geri qayıtmasını təşviq etmək üçün külli miqdarda maliyyə dəstəyi verməyə başlayıb.
Tvit.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Cinayətkarlıq səviyyəsini və immiqrasiyanı azaldacağına söz verərək hakimiyyətə gələn hökumət, bu planı 2026-cı ilin əvvəlindən tətbiq etməyə başlayacaq.
Qeyd edək ki, 2015-ci ildə 163 min qaçqını qəbul edən İsveç, adambaşına düşən qaçqın sayına görə Avropada ikinci yerdədir.
Elmin Alışov