Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaq niyyətini suveren qərar adlandırıb.
Tvit.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Onun sözlərinə görə, Rusiya Ermənistanın KTMT-dən çıxması ilə bağlı sənəd almayıb. O, əlavə edib ki, Rusiya Ermənistana təşkilata üzvlüyünü sırımır, lakin hesab edir ki, təşkilata üzvlükdən maksimum istifadə etmək respublikanın təhlükəsizliyinin maraqlarına uyğundur.
Elmin Alışov