Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Yer səthinin 40%-dən çoxu quraq əraziyə çevrilə bilər
dünya

Yer səthinin 40%-dən çoxu quraq əraziyə çevrilə bilər

08-09-2026 09:00 23 Baxış
IMG

Qlobal miqyasda temperatur yüksəldikcə, planetin ən quraq bölgələrinin daha da quru olacağı gözlənilir. 


Tvit.az xəbər verir ki, bu barədə ətraf mühit elmi jurnalı olan Environmental Research Letters-də dərc olunan araşdırmada deyilir.


Tədqiqatçılar iqlim dəyişikliyinin əsas səbəblərindən biri olan atmosferdəki yüksək səviyyəli karbon qazının (CO2) bitkilərin məsamələrini bağlamasına və daha az su itirməsinə səbəb olmaqla quraq ərazilərin genişlənməsini gözləniləndən daha çox yavaşlatdığını aşkar ediblər.


Proqnozlara görə, növbəti əsrdə ən əhəmiyyətli quraqlıq dövrü Avstraliyada baş verəcək, ardınca isə Braziliya və Afrikanın müəyyən bölgələri də izləniləcək.


Elmin Alışov