Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Sumqayıtda dörd avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
hadisə

Sumqayıtda dörd avtomobil toqquşub, 5 nəfər xəsarət alıb

07-09-2026 22:00 19 Baxış
IMG

Sumqayıt şəhərində dörd avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə şəhərin Sülh prospektində qeydə alınıb.

Belə ki, 2 "Toyota", "Kia", "Hyundai" markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində 5 nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım avtomobilləri ilə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.