Argentinalı Lionel Messi və portuqaliyalı Kristiano Ronaldo Argentina milli komandası ilə keçmiş Boca Juniors oyunçusu Karlos Teves arasında vida oyununda eyni komandada birlikdə oynayacaqlar.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
"Mən həmişə Cristiano və Leo-nu eyni komandada görmək arzusunda idim. Onlar bütün zamanların ən böyük oyunçularıdır. Onlarla danışdım. Mən Kristianoya dedim ki, dünya nəhayət sehrini görməlidir. Dedi ki, yerində olacaq. Leo-nu inandırmaq da çətin deyildi. Hər ikisi razılıq verib. Tədbiri səbirsizliklə gözləyirəm. Bu çox emosional olacaq," - deyə Footmercato sitat gətirdi.
Bu ilin dekabrında Argentinanın paytaxtı Buenos Airesdəki La Bombonera Stadionunda vida görüşü planlaşdırılıb.
Aysel Şirinova