Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Almaniya Qəzzaya silah ixracına görə Beynəlxalq Ədalət Məhkəməsində müdafiə olunur
dünya

Almaniya Qəzzaya silah ixracına görə Beynəlxalq Ədalət Məhkəməsində müdafiə olunur

07-09-2026 20:00 25 Baxış
IMG

Almaniya Qəzzada mümkün soyqırımda iştirak və İsrailə silah tədarükü ilə bağlı Nikaraquanın iddiası üzrə Beynəlxalq Ədalət Məhkəməsində (BƏM) dinləmələrdə müdafiə mövqeyini təqdim edib.

 

Tvit.az "Əl-Cəzirə"yə istinadən xəbər verir ki, Almaniya tərəfinin vəkilləri məhkəmədən Nikaraquanın iddiasını rədd etməyi istəyib. Onlar iş üzrə məhkəmənin yurisdiksiyasının olmadığını və iddianın hüquqi əsaslarının kifayət qədər olmadığını bildiriblər.

 

Almaniya nümayəndələri qeyd ediblər ki, nə Nikaraqua, nə də Almaniya Qəzzadakı vəziyyətlə bağlı əsas mübahisənin tərəfi deyil. Onların sözlərinə görə, Almaniyanın İsrailə hərbi dəstəyi ölkəni Qəzzadakı mümkün pozuntuların iştirakçısına çevirmir.

 

Almaniya tərəfi həmçinin vurğulayıb ki, İsrailin soyqırım törədib-törətmədiyi barədə yekun qərar qəbul edilmədiyi müddətdə Almaniyanın soyqırımda iştirakına dair hüquqi nəticə çıxarmaq mümkün deyil.

 

Nikaraqua isə əks mövqedədir. Ölkə hesab edir ki, Soyqırım Konvensiyasına tərəf olan bütün dövlətlər soyqırımın qarşısının alınması üçün tədbirlər görmək öhdəliyi daşıyır. Nikaraquanın iddiasına görə, Almaniyanın İsrailə yüz milyonlarla dollar həcmində hərbi ixrac həyata keçirməsi bu öhdəliyin pozulmasına səbəb ola bilər.

 

Məhkəmədə növbəti dinləmələrdə Nikaraqua Almaniyanın təqdim etdiyi arqumentlərə cavab verəcək.

 

İş üzrə yekun qərarın qəbul edilməsi isə Almaniyanın Qəzzadakı hadisələrə hüquqi məsuliyyət daşıyıb-daşımadığını müəyyənləşdirəcək.

 

Aysel Şirinova