Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Bakıda bu yol tam bağlanır
sosial

Bakıda bu yol tam bağlanır

04-09-2026 13:00 18 Baxış
IMG

Bakının Binəqədi rayonu ərazisində, Moskva prospektinin kənar yolunun Biləcəri enişi hissəsində təmir işləri ilə əlaqədar sentyabrın 4-də saat 20:00-dan etibarən nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

 

Bu barədə Tvit.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

 

Bildirilib ki, qeyd olunan ərazidə aparılacaq təmir işləri ilə əlaqədar tətbiq ediləcək məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq və həmin müddət ərzində DYP əməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyi ilə əlaqədar tənzimləmə işləri həyata keçiriləcəkdir.

 

"Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarını yaranacaq müvəqqəti məhdudiyyətə anlayışla yanaşmağa və yol hərəkəti təhlükəsizliyinin təmin olunması məqsədilə müəyyən edilmiş qaydalara riayət etməyə çağırır", - məlumatda qeyd olunub.