Belqorod vilayətinin Petrovka və Solovyovka kəndlərinə giriş bağlanıb.
"Tvit.az" xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Məlumata əsasən, kəndlərin bağlanmasına səbəb Ukrayna Silahlı Qüvvələrinin (AFU) hücumları olub.
Sakinlərin yeni mənzillə təmin olunacaqları deyilib:
"Əziz dostlar, bu gün operativ qərargahın iclasında qərar qəbul etdik: biz girişi bağlayırıq və köçürmə proseduruna başlayırıq, Belqorod vilayətinin Petrovka və Solovyovka sakinlərinə yeni mənzillər veririk".
Aysel Şirinova