Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Pezeşkyan: ABŞ süni intellektdən istifadə etdiyi üçün İrandakı vəziyyəti səhv qiymətləndirib
dünya

Pezeşkyan: ABŞ süni intellektdən istifadə etdiyi üçün İrandakı vəziyyəti səhv qiymətləndirib

10-08-2026 17:00 40 Baxış
IMG

İran Prezidenti Məsud Pezeşkyan ABŞ-ın ölkədəki daxili siyasi vəziyyətin inkişafı ilə bağlı proqnozlarının yanlış olduğunu bildirib.

 

Tvit.az xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian danışıb.

 

 

“Düşmən ölkəmizdə aclıq, talan, sosial çöküş, qeyri-sabitlik və zülm yarada biləcəyini düşünürdü. Lakin onların süni intellekt məlumatlarına, casus şəbəkələrindən və agentlərdən əldə edilən informasiyalara əsaslanan hesablamaları bir-birinin ardınca uğursuz oldu”, – deyə Pezeşkyan bildirib.

 

Qeyd edək ki, martın 5-də “The New York Times” qəzeti ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyata başlamasından əvvəl ABŞ kəşfiyyatının İrandakı vəziyyəti destabilizə etmək məqsədilə gizli şəkildə İran kürd qüvvələrini silahlandırmağa başladığını yazıb.

 

Aysel Şirinova