Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Pakistanda terror aktı - Ölənlər var
dünya

Pakistanda terror aktı - Ölənlər var

03-08-2026 15:00 27 Baxış
IMG

Pakistanın şimal-qərbində yerləşən Xayber Paxtunxva əyalətinin Svat rayonunda polis bölməsinin yaxınlığında bomba partlayışı baş verib.

 

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

 

Məlumata əsasən, hadisə nəticəsində azı 17 nəfər ölüb, 34 nəfər yaralanıb. Ölənlərdən 7-si polis əməkdaşı, 10-u isə mülki şəxsdir.

 

Partlayış avqustun 2-də baş verib. Pakistanın Baş naziri Şahbaz Şərif hadisə ilə bağlı həlak olanların ailələrinə başsağlığı verib.

 

Xayber Paxtunxva və Bəlucistan əyalətləri Pakistanın terror hücumlarının ən çox baş verdiyi bölgələr sırasındadır. 2025-ci ildə ölkədə qeydə alınan terror hücumlarının 90%-i məhz bu iki əyalətin payına düşüb.

 

Qeyd edək ki, Əfqanıstanla sərhəddə yerləşən Xayber Paxtunxva silahlı qrupların fəaliyyətinə görə Pakistanın ən təhlükəli bölgələrindən biri hesab olunur.

 

Aysel Şirinova