Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə QHT əməkdaşları minaya düşdü: birinin ayağı kəsildi
hadisə

QHT əməkdaşları minaya düşdü: birinin ayağı kəsildi

03-08-2026 12:00 44 Baxış
IMG

Ağdərə rayonu Çardaqlı kəndi ərazisində baş verən partlayış səbəbilə xəsarət alan 2 nəfər (kişi) 03.08.2026-cı il tarixdə saat 10:40 radələrində Tərtər Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

 

Bu barədə TƏBİB məlumat yayıb.

 

Bildirilib ki, onlardan 1994-cü il təvəllüdlü şəxsə sağ aşıq baldırın amputasiyası, 1998-ci il təvəllüdlü şəxsə isə qarının ön divarının çoxsaylı qəlpə yaraları diaqnozu təyin edilib.


Xəsarət alan şəxslərdən 1998-ci il təvəllüdlü şəxs Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. Digər pasiyentin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir.