İsmayıllıda 5 yaşlı uşaq hovuzda üzərkən boğularaq ölüb.
Tvit.az Report-a istinadən xəbər verir ki,hadisə rayonun Talıstan kəndində qeydə alınıb.
Belə ki, 5 yaşlı T.Teymurlu kənddə yerləşən evlərin birində hovuzda üzərkən boğularaq ölüb.
Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub. Hadisənin baş vermə səbəbləri araşdırılır.