Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Sağlam və uzunömürlü həyat üçün rasionunuza əlavə etməli olduğunuz beş içki
sosial

Sağlam və uzunömürlü həyat üçün rasionunuza əlavə etməli olduğunuz beş içki

26-06-2026 08:00 21 Baxış
IMG

Diyetoloq Keytlin Bil uzunömürlülüyə kömək edə biləcək beş faydalı içkinin adını açıqlayıb.

 

Tvit.az xəbər verir ki, mütəxəssis bu barədə "Health" jurnalına verdiyi müsahibədə tövsiyələrini bölüşüb.

 

Keytlin Bilin sözlərinə görə, ən faydalı içkilərdən biri yaşıl çaydır. O qeyd edib ki, gündə iki fincan yaşıl çay içmək ürək-damar və onkoloji xəstəliklər, habelə digər səbəblərdən ölüm riskinin azalması ilə birbaşa bağlıdır.

 

Mütəxəssis daha bir faydalı içki kimi qəhvənin adını çəkib. Onun sözlərinə görə, qəhvənin tərkibindəki polifenollar və antioksidantlar orqanizm hüceyrələrini zədələnmələrdən qoruyur və xroniki xəstəliklərin yaranma riskini azaldır.

 

Keytlin Bil qara çayın da unikal faydalı xüsusiyyətlərinə diqqət çəkib. O vurğulayıb ki, qara çayın tərkibində yaşıl çay və qəhvədə mövcud olmayan spesifik maddələr var.

 

Diyetoloq, eyni zamanda, müntəzəm olaraq adi su içməyi tövsiyə edib və suyun orqanizmin ümumi sağlamlığının dəstəklənməsindəki həlledici rolunu vurğulayıb.

 

Siyahıdakı sonuncu içki isə qatıqdır. Mütəxəssis bağırsaq sağlamlığının qorunması üçün qatığın rasiona daxil edilməsini vacib sayır.