Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Ukrayna bu ölkə ilə sərhəddi möhkəmləndirir: PUA bölmələri yerləşdirildi
dünya

Ukrayna bu ölkə ilə sərhəddi möhkəmləndirir: PUA bölmələri yerləşdirildi

16-06-2026 12:00 36 Baxış
IMG

Ukrayna Belarusla sərhəddə yeni pilotsuz uçuş aparatları (PUA) birləşmələri yaradır.

 

Tvit.az xəbər verir ki, bu barədə  Ukrayna Ordusunun baş komandanı Aleksandr Sırski bildirib.

 

"Şimal istiqamətində dövlət sərhədinin müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət yetirildi. Sərhəd mühafizəsinin effektivliyini artırmaq üçün yeni pilotsuz sistem bölmələrinin yaradılması qərara alındı. Onlar konkret tapşırıqları yerinə yetirmək üçün lazımi silahlar, avadanlıqlar və digər vasitələrlə təchiz olunacaqlar. Eyni zamanda, biz artıq bu istiqamətdə tapşırıqları yerinə yetirən bölmələrin imkanlarını genişləndirməyə davam edirik", - deyə Sırski Telegram-da yazıb.

 

Ukrayna son həftələrdə dəfələrlə Belarusu təhdid edib və şimal sərhədində hərbi mövcudluğunu gücləndirdiyini açıqlayıb.

 

Aysel