Bu gün Pakistan ordusuna məxsus Mi-17 hərbi helikopteri ölkənin şimal-şərqində, Kəşmir bölgəsi üzərində qəzaya uğrayıb.
Tvit.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, helikopterin göyərtəsində olan bütün heyət üzvləri həlak olub.
Hadisədən sonra qəza yerinə xilasetmə və axtarış qrupları göndərilib. Pakistan rəsmiləri qəzanın səbəblərinin araşdırılması üçün xüsusi istintaq komissiyasının yaradıldığını açıqlayıblar.
Elmin Alışov