Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev amerikalı həmkarı Donald Trampla bu ilin sonlarında görüşməyi gözlədiyini bildirib.
Tvit.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti Tokayevin ABŞ Prezidentinin Cənubi və Orta Asiya üzrə xüsusi nümayəndəsi Serxio Qor ilə görüşündən sonra məlumat verib.
“Qazaxıstan Amerika Birləşmiş Ştatları ilə genişləndirilmiş strateji tərəfdaşlığını daha da dərinləşdirməyə qətiyyətlə sadiqdir. Bu fürsətdən istifadə edərək ABŞ Prezidenti Donald Trampa ən xoş arzularımı və səmimi hörmətimi çatdırıram. Bu ilin sonunda onunla görüşməyi səbirsizliklə gözləyirəm və Mayamidə keçiriləcək G20 sammitində iştirak etmək dəvətinə görə minnətdarlığımı bildirmək istəyirəm”, - deyə Tokayev görüş zamanı bildirib.
Aysel Şirinova