Fiziki fəaliyyət Alzheimer xəstəliyi riskini azaltmağa kömək edir.
Tvit.az xəbər verir ki, bu barədə Həkim Maykl Mrozinski Alzheimer xəstəliyinin inkişaf riskini azaltmağa kömək edə biləcək əlçatan üsulları açıqlayarkən danışıb.
Mütəxəssisin sözlərinə görə, fiziki aktivlik ən təsirli profilaktik tədbirlərdən biri olaraq qalır, çünki müntəzəm idman beyinə qan axınını yaxşılaşdırır. Həkim həmçinin spirtli içki qəbulunu və çəkilən siqaretlərin sayını tədricən azaltmağı tövsiyə edib.
"Sosial fəaliyyət və daimi zehni stimullaşdırma eyni dərəcədə vacibdir. Sosiallaşmaq, yeni bacarıqlar öyrənmək, psixoloqa və ya məsləhətçiyə müraciət etmək beyin funksiyasının qorunmasına kömək edir. Problem həll etmə fəaliyyətləri də faydalıdır. Sadəcə tapmacalar və ya sudoku olsa belə, onlar idrak ehtiyatının inkişafına kömək edir", - deyə o bildirib.
Aysel Şirinova