Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Türkiyə diplomatik prosesdəki çııxlmaz vəziyyətdən narahatdır - Hakan Fidan
dünya

Türkiyə diplomatik prosesdəki çııxlmaz vəziyyətdən narahatdır - Hakan Fidan

08-06-2026 16:00 41 Baxış
IMG

Türkiyə Ukrayna ilə bağlı diplomatik prosesdəki çıxılmaz vəziyyətdən və cəbhədəki vəziyyətdən narahatdır.

 

Tvit.az xəbər verir ki, bu barədə Türkiyə XİN Hakan Fidan danışıb.

 

"Biz diplomatiya və dialoqu dəstəkləməyə davam edəcəyik. Şimalımızda davam edən müharibə bütün bölgəmizin təhlükəsizliyinə birbaşa təsir göstərir. Rusiya-Ukrayna müharibəsində sülhə nail olmağın bölgəmizin sabitliyi və təhlükəsizliyi üçün vacib olduğuna inanırıq. Diplomatik prosesin və sülh səylərinin qətiyyətlə davam etdirilməsini tələb etdiyinə əminik. Hamımız döyüş meydanında və diplomatik prosesdə mövcud çıxılmaz vəziyyətdən narahatıq", - deyə o bildirib.

 

Aysel Şirinova