Serbiya davamlı təzyiq altında saxlanılır və Rusiya ilə qarşıdurmaya cəlb olunur.
Tvit.az xəbər verir ki, bu barədə Rusiya XİN Mariya Zaxarova məlumat yayıb.
“Biz görürük ki, əslində Serbiya sonsuz dərəcədə Rusiya ilə qarşıdurmaya cəlb edilir. Bunu təzyiqlə edirlər, bunu kobudcasına edirlər. Məsələ, əlbəttə, Serbiyanın nə dərəcədə müqavimət göstərə bilməsindədir. Çünki söhbət yalnız Rusiyadan getmir, söhbət hər şeydən əvvəl Serbiyadan gedir”, - deyə, o, bildirib.
Aysel Şirinova