Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya ABŞ Yaponiyaya F-15EX qırıcı təyyarələrinin yerləşdirilməsini təxirə salıb
dünya

ABŞ Yaponiyaya F-15EX qırıcı təyyarələrinin yerləşdirilməsini təxirə salıb

04-06-2026 09:00 16 Baxış
IMG

ABŞ Yaponiyanın cənubundakı Okinava adasındakı Kadena Hərbi Hava Qüvvələri bazasına 36 modernləşdirilmiş F-15EX döyüş təyyarəsinin yerləşdirilməsini 2027-ci ilə qədər təxirə salır. 

 

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

 

Məlumata əsasən, F-15EX-lərin  yerləşdirilməsinin 2028 və ya 2029-cu illərdə başa çatması planlaşdırılır.

 

Bildirilib ki, təyyarənin təhvil verilməsində gecikmə istehsalçı Boeing şirkətinin obyektlərindəki problemlərlə bağlıdır.

 

Dördüncü nəsil F-15EX qırıcısı 13,3 tona qədər faydalı yük daşıya bilir ki, bu da bəzi bombardmançı təyyarələri üstələyir. O, hazırda Yaponiyada yerləşdirilən köhnə F-15-lərdən təxminən iki dəfə ağırdır.

 

Aysel Şirinova