ABŞ Yaponiyanın cənubundakı Okinava adasındakı Kadena Hərbi Hava Qüvvələri bazasına 36 modernləşdirilmiş F-15EX döyüş təyyarəsinin yerləşdirilməsini 2027-ci ilə qədər təxirə salır.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata əsasən, F-15EX-lərin yerləşdirilməsinin 2028 və ya 2029-cu illərdə başa çatması planlaşdırılır.
Bildirilib ki, təyyarənin təhvil verilməsində gecikmə istehsalçı Boeing şirkətinin obyektlərindəki problemlərlə bağlıdır.
Dördüncü nəsil F-15EX qırıcısı 13,3 tona qədər faydalı yük daşıya bilir ki, bu da bəzi bombardmançı təyyarələri üstələyir. O, hazırda Yaponiyada yerləşdirilən köhnə F-15-lərdən təxminən iki dəfə ağırdır.