Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial AAYDA: Lökbatan-Güzdək yoluna müvəqqəti alternativ yol salınır
sosial

AAYDA: Lökbatan-Güzdək yoluna müvəqqəti alternativ yol salınır

27-05-2026 14:00 15 Baxış
IMG

Bakının Lökbatan-Güzdək yolunun 2.2-ci km-də bərpa işlərinə başlanılıb.

 

Bu barədə Tvit.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

 

Məlumata görə, ərazidə rahat gediş-gəlişin təmin olunması üçün müvəqqəti alternativ yol salınır. Daha sonra sel sularının qəzalı vəziyyətə saldığı suötürücü qurğu söküləcək.

 

Paralel olaraq ərazidə yeni körpünün layihələndirilməsi işləri görüləcək.

 

Tikinti-bərpa işləri ölkə Prezidentinin sərəncamına uyğun olaraq aparılır.