Rusiya Xarici işlər nazirinin müavini Aleksandr Pankin Moskvada BMT-nin Beynəlxalq Ticarət Hüququ Komissiyasının (UNCITRAL) katibi Anna Joubin-Bray ilə görüşüb.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
"Görüş zamanı komissiyanın fəaliyyəti ilə bağlı əsas məsələlər müzakirə olundu. Rusiya tərəfi UNCITRAL və onun işçi qruplarının daha səmərəli fəaliyyətinin təmin edilməsinin vacibliyini vurğuladı, həmçinin beynəlxalq ticarətin müxtəlif sahələrində münasibətlərin hüquqi tənzimlənməsinin birləşdirilməsinə yönəlmiş komissiyanın fəaliyyətində fəal iştirak etməyə hazır olduğunu təsdiqlədi," - deyə Rusiya Xarici İşlər Nazirliyi bildirib.
Aysel Şirinova