Azərbaycan Kubokunun final matçını idarə edəcək hakimin adı açıqlanıb.
Peşəkar Futbol Liqasından Tvit.az-a verilən məlumata görə, "Sabah" və "Zirə" arasında keçiriləcək həlledici qarşılaşmanı 34 yaşlı FIFA referisi Elçin Məsiyev idarə edəcək.
Ona bu işdə Elşad Abdullayev və Pərvin Talıbov yardımçı olacaqlar.
Azərbaycan Kuboku
Final
13 may
20:00. "Sabah" - "Zirə"
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əli Əliyev.
Ehtiyat köməkçi hakim: Gülnurə Əkbərzadə.
VAR: Tural Qurbanov.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
"Palms Sports Arena".