Tayland hakimiyyəti ölkəyə gələn əcnəbilər üçün sərhəddə immiqrasiya nəzarətini sərtləşdirəcək və turistlərin vizasız qalma müddətini 30 günlə məhdudlaşdıracaq.
Tvit.az xəbər verir ki, bu barədə Baş nazirin müavini və xarici işlər naziri Sihasak Phuangketkaew bildirib.
Onun sözlərinə görə, krallıq hakimiyyəti bir neçə aydır ki, viza siyasəti məsələlərini araşdırır.
"Xarici İşlər Nazirliyi hesab edir ki, mövcud 60 günlük vizasız qalma müddəti, bir dəfə 30 günlük uzadılma imkanı ilə, həddindən artıqdır və turizm niyyəti olmayan şəxslərin bu fürsətdən sui-istifadə etməsinə imkan verə bilər. Biz milliyyətinə görə ayrı-seçkilik etmirik. Lakin, xüsusən də təhlükəsizlik məsələləri ilə bağlı arzuolunmaz fəaliyyətlə məşğul olanlara qarşı sərt olmalıyıq", - deyə o bildirib.
Aysel Şirinova