Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Balakəndə narkotik plantasiyası aşkarlandı
sosial

Balakəndə narkotik plantasiyası aşkarlandı

12-05-2026 10:00 69 Baxış
IMG

Balakəndə narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən əvvəllər də analoji əmələ görə məhkum olunmuş 45 yaşlı Səfər Şərifov Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

 

Bu barədə Tvit.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

 

Ona məxsus bağ sahəsinə baxış zamanı 198 ədəd çətənə bitkisi aşkar edilib. Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qaydada xüsusi qulluq göstərdiyini bildirib.

 

Faktla bağlı cinayət işi başlanılıb, S.Şərifov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.