Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya WSJ: Çin ABŞ sanksiyalarına baxmayaraq İrana dron komponentləri tədarük edir
dünya

WSJ: Çin ABŞ sanksiyalarına baxmayaraq İrana dron komponentləri tədarük edir

06-05-2026 15:00 15 Baxış
IMG

Çin ABŞ-nin tətbiq etdiyi sanksiyalara baxmayaraq İran və Rusiyaya pilotsuz uçuş aparatlarının (PUA) istehsalı üçün müxtəlif komponentlərin tədarükünü davam etdirir.


Tvit.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.


Məlumata görə, kiçik Çin şirkətləri mühərriklər, batareyalar, fiber optik kabellər və mikroçiplər daxil olmaqla müxtəlif dron texnologiyalarını açıq şəkildə ixrac edir və bu yolla ABŞ sanksiyalarını faktiki olaraq nəzərə almırlar.


Qəzet yazır ki, bu cür tədarüklər İran və Rusiyanın dron proqramlarının davam etməsinə və hərbi potensialının güclənməsinə şərait yaradır.


Elmin Alışov