Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman Daha bir azərbaycanlı MMA döyüşçüsü UFC-də çıxış edəcək
idman

Daha bir azərbaycanlı MMA döyüşçüsü UFC-də çıxış edəcək

06-05-2026 12:00 8 Baxış
IMG

Azərbaycanın qarışıq döyüş növləri ustası Fərman Həsənov dünyanın ən nüfuzlu MMA təşkilatı olan UFC (Ultimate Fighting Championship - Mütləq Döyüş Çempionatı) ilə müqavilə imzalayıb.

 

Tvit.az xəbər verir ki, idmançımızın dünyanın ən böyük oktaqonunda ilk çıxışının məhz Bakıda təşkil olunacaq möhtəşəm turnirdə baş tutacağı gözlənilir.

 

Bununla da UFC-də azərbaycanlı döyüşçülərimizin sayı dördə yüksəlib.

 

Qeyd edək ki, "UFC Fight Night Baku" iyunun 27-də, şənbə günü Milli Gimnastika Arenasında baş tutacaq.