Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Sabunçu rayonun bəzi ərazilərində qaz kəsiləcək
sosial

Sabunçu rayonun bəzi ərazilərində qaz kəsiləcək

06-05-2026 09:00 13 Baxış
IMG

Bu gün saat 10:00-dan Sabunçu rayonunun "Ramanı südçülük sovxozu"nun, Elşən Məhərrəmov küçəsinin, sosial evlərin və Maştağa qəsəbəsi, Daş karxanasının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

 

Tvit.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

 

Bildirilib ki, qaz təchizatında yaranacaq fasilələr Sabunçu rayonunda görüləcək təmir-quraşdırma işləri ilə əlaqədardır.

 

İşlər başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.