Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ şou-biznes Elməddin Cəfərovdan şikayət olundu: “Eşidəndə şok yaşadım”
şou-biznes

Elməddin Cəfərovdan şikayət olundu: “Eşidəndə şok yaşadım”

20-02-2026 12:00 22 Baxış
IMG

Aktyor Elməddin Cəfərov "TikTok"a şikayət olunduğunu açıqlayıb.

 
Tvit.az xəbər verir ki, o, yaşadığı hadisədən böyük şok keçirdiyini bildirib:
 
"İlk dəfə bunu eşidəndə şok yaşadım. Kimsə əziyyət çəkib, ərinməyib və "TikTok"a rəsmi məktub yazıb ki, guya mən ölkəmizdə şiddəti təbliğ edirəm. Həmin adam bunu edib ki, "TikTok" məni bloklasın. Mən ora girmirəm, sosial şəbəkələrdən ümumiyyətlə istifadə etmirəm. Amma gördüyümüz işlər var. Niyə axı? Ondansa həmin əziyyəti çək, get evinə çörək pulu qazan… Gecə yatma, məktub yaz… Bu vaxtı elə ailənə, övladına ayır. Mənə qəribə gəldi ki, bir insan pislik etmək üçün necə əziyyət çəkə bilər?"