Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Bakıda torpaq sürüşməsi oldu – VİDEO
hadisə

Bakıda torpaq sürüşməsi oldu – VİDEO

18-02-2026 11:00 42 Baxış
IMG

Bakının Səbail rayonu, Badamdar şosesi adlanan ərazidə torpaq qatı yenidən sürüşüb.

Tvit.az xəbər verir ki, buradakı yolda əvvəllər iki dəfə sürüşmə baş verib.
 

Sakinlər deyirlər ki, ərazidə yaşayış zonasının olması təhlükəni artırır.

Avtomobillə ərazidən mütəmadi keçən şəxslər bildirirlər ki, əvvəlki illərdəki böyük sürüşmə zamanı yol bağlanmışdı. Yenidən belə hadisənin baş verməməsi üçün işlər görülməlidir.

Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyətindən məsələ ilə bağlı açıqlama verilməyib.

Fövqəladə Hallar Nazirliyindən isə bildirilib ki, quruma sürüşmə ilə bağlı heç bir müraciət daxil olmayıb. (Xezerxeber)