Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə "Tarqovı"dakı yanğın söndürüldü: xəsarət alan var - YENİLƏNİB
hadisə

"Tarqovı"dakı yanğın söndürüldü: xəsarət alan var - YENİLƏNİB

17-02-2026 14:00 14 Baxış
IMG

Bakı şəhəri, Yasamal rayonu, Lev Tolstoy küçəsində yaşayış binasında baş vermiş yanğın tam söndürülüb.

Tvit.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində yanğın tam söndürülüb.

 

***

14:10

Bakının Yasamal rayonu, Lev Tolstoy küçəsində yerləşən yaşayış binasındakı yanğın məhdudlaşdırılıb.

Modern.az xəbər verir ki, bunu FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini polkovnik Taleh Babayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ilkin məlumata əsasən, bir nəfər xəsarət alıb, 6 nəfər tüstülü zonadan təxliyə edib.

FHN rəsmisi bildirib ki, bina taxta konstrukdiyadan ibarət olduğu üçün yanğın söndürülmə işlərində çətinliklər olub:

"Hazırda yanğın məhdudlaşdırılıb. Əraziyə ümumilikdə 5 yanğın abtomobili, 27 nəfər şəxsi heyət cəlb olunub" (Report).


***
Paytaxtın Yasamal rayonu, Lev Tolstoy küçəsində yerləşən yaşayış binasında baş verən yanğınla bağlı ərazidə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin fəaliyyəti davam edir.

Bu barədə  Tvit.az-a FHN-dən məlumat verilib.

"Binanın taxta araskəsmələrdən ibarət olması yanğının söndürülməsi işlərini çətinləşdirsə də yanğından mühafizə bölmələri tərəfindən görülmüş operativ tədbirlərlə yanğın nəzarət altına alınıb

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinlərinin təxliyəsi həyata keçirilib. Hazırda yanğınla mübarizə əməliyyatı davam edir.

Əlavə məlumat veriləcək", - məlumatda deyilir.