İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətinin şimal kəndlərindəki ərazilərə artilleriya zərbələri endirib.
Tvit.az xəbər verir ki, bu barədə Suriya dövlət televiziya kanalı “Əl-İxbariyyə” məlumat yayıb.
Hesabatda bildirilir ki, artilleriya atəşi ilə eyni vaxtda İsrail qüvvələri Ofaniya və Samdaniye kəndlərinə doğru irəliləyib və daha sonra Ofaniya kəndindən geri çəkilib.
Elmin Alışov