İtaliyanın "Yuventus" klubu İngiltərə Premyer Liqası təmsilçisi "Tottenhem"in qapıçısı Quqlielmo Vikario ilə maraqlanır.
Tvit.az "La Gazzetta dello Sport" nəşrinə istinadən xəbər verir ki, Turin kollektivi yayda 28 yaşlı qolkiperi transfer etmək üçün addım ata bilər.
London klubu futbolçunu təxminən 25 milyon avro dəyərində qiymətləndirir. "Yuventus" uyğun şərtlər yaranacağı halda transferə hazırdır.
Qeyd edək ki, qapıçı 2023-cü ildə 18 milyon avroya "Empoli"dən "Tottenhem"ə keçib və müqaviləsinin müddəti 2028-ci ilin iyununa qədərdir. O, bu mövsüm 36 oyunda 48 qol buraxıb, 13 dəfə qapısını toxunulmaz saxlayıb.