Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Azərbaycanda hərbçi dəm qazından boğulub öldü
hadisə

Azərbaycanda hərbçi dəm qazından boğulub öldü

11-02-2026 19:00 16 Baxış
IMG

Beyləqanda 1996-cı il təvəllüdlü Qərib Qəribov yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb. Hadisə rayon ərazisindəki mənzillərdən birində baş verib.

 

Tvit.az-ın Oxu.az-a istinadən əldə etdiyi məlumata görə, o, Beyləqandakı "N" saylı hərbi hissədə xidmət edirmiş.

 

Müddətdən artıq xidmət edən hərbi qulluqçu (MAXE) Şəki rayon Baş Layısqı kənd sakini olub. Onun meyiti bu gün səhər saatlarında hamamda aşkarlanıb.

 

Faktla bağlı araşdırma aparılır.