Dünya İran xalqının öz ölkəsini və İslam İnqilabını müdafiə etmək üçün küçələrə kütləvi şəkildə çıxmasını görməlidir.
Tvit.az xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian danışıb.
“Bu gün dünya görməlidir ki, İran xalqı ölkə boyu milyonlarla insanla İnqilabını qorumaq, sistemin rəhbərliyinə itaət etmək və öz dəyərlərini, eləcə də qürurlu vətənini müdafiə etmək üçün meydana çıxıb", - deyə İran rəhbəri Tehranın Azadi meydanında İslam İnqilabının qələbəsinin 47-ci ildönümü münasibətilə keçirilən yürüşdə çıxış edərkən bildirib.
Aysel Şirinova

