Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Paşinyan Vansla bu məsələni də müzakirə edib - AÇIQLADI
dünya

Paşinyan Vansla bu məsələni də müzakirə edib - AÇIQLADI

10-02-2026 22:00 25 Baxış
IMG

Vans və mən, həmçinin Bakıda saxlanılan həmvətənlərimiz məsələsini müzakirə etdik.

 

Tvit.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İctimai TV-yə müsahibə verərkən açıqlayıb.

 

“Xahiş edirəm, bu mövzu ilə bağlı məndən mümkün qədər az detal gözləyəsiniz, lakin məsələ gündəlikdə olub və müzakirə edilib. Bu mövzuya toxunmayacağımız heç bir danışıqlar yoxdur," - deyə Paşinyan bildirib.

 

Xatırladaq ki, ABŞ-nin vitse-prezidenti fevralın 9-da İrəvana səfər edib, Ermənistanın Baş naziri Nikol Paşinyan və bu ölkənin Prezidenti Vaaqn Xaçaturyanla görüş keçirib. 

 

Aysel Şirinova