Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Misir Prezidenti Qahirədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbərini qəbul edib
dünya

Misir Prezidenti Qahirədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbərini qəbul edib

10-02-2026 22:00 19 Baxış
IMG

Misir Prezidenti Əbdülfəttah əs-Sisi Qahirədə Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin (XKX) direktoru Sergey Narışkini qəbul edib.

 

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

 

Tərəflər regional və beynəlxalq gündəliyi müzakirə edərək, Yaxın Şərqdə gərginliyin daha da artmasının qarşısını almaq üçün Rusiya–Misir əməkdaşlığının gücləndirilməsinin vacibliyini vurğulayıblar.

 

Əs-Sisi Qahirənin vasitəçilik səyləri barədə məlumat verib, o cümlədən Qəzza sektorunda atəşkəs razılaşmasının möhkəmləndirilməsinin əhəmiyyətini qeyd edib. Görüşün yekununda tərəflər regional və qlobal böhranların sülh yolu ilə nizamlanmasına töhfə vermək məqsədilə Misir və Rusiya müvafiq qurumları arasında koordinasiyanın artırılması barədə razılığa gəliblər.

 

Aysel Şirinova