Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ digər Zeekr 38 mindən çox avtomobili geri çağırır
digər

Zeekr 38 mindən çox avtomobili geri çağırır

09-02-2026 21:00 8 Baxış
IMG

Geely-yə məxsus Zeekr nasaz batareya elementləri səbəbindən 001 liftbeklərinin 38 min 277 ədədini geri çağırır.

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, rəsmi məlumata görə, yalnız 2021-ci ilin iyul ayı ilə 2024-cü ilin mart ayı arasında istehsal olunmuş 86 kVt/saat batareyaya malik Zeekr 001 We versiyası geri çağırılacaq.

Zeekr bildirib ki, batareyaların daxili komponentlərindəki istehsal uyğunsuzluqları daxili müqavimətin qeyri-adi artmasına səbəb ola bilər. Bu, batareyanın performansının aşağı düşməsinə və təhlükəli vəziyyətlərin potensial risklərinə səbəb olur.

Aysel Şirinova