Ermənistan və ABŞ arasında əməkdaşlıq sülh və sabitliyə nail olmağa yönəlib.
Tvit.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-nin vitse-prezidenti J.D. Vens ilə birgə mətbuat açıqlamasında bildirib.
“Əminəm ki, Ermənistan-ABŞ əməkdaşlığının təməlinin bir məqsəd olduğunu görmüsünüz: sülh və sabitlik. ABŞ ilə bütün hərəkətlərimiz və əməkdaşlığımız sülhə və sabitliyə yönəlib. Bu məqsədə nail olmaq mümkündür. 2025-ci ilin avqust ayında elan edilən sülhün artıq reallıqda, yerində özünü göstərdiyini qəbul etmək vacibdir. Deyim ki, Ermənistan-ABŞ əməkdaşlığı sülhməramlıdır və bu, həmişə belə olacaq”, - deyə o, son diplomatik dəyişikliklər nəzərə alınmaqla Ermənistan və ABŞ-nn məqsədləri ilə bağlı suala cavab verərkən bildirib.
Aysel Şirinova