UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində İngiltərədə keçiriləcək “Nyukasl” - “Qarabağ” oyununa qonaq komandanın azarkeşləri üçün biletlər satışa çıxarılıb.
Ağdam klubundan "Tvit.az"a verilən məlumata görə, azərbaycanlı fanatlar üçün ayrılmış vauçerlərin qiyməti 115 manat təşkil edir.
Bildirilib ki, vauçerlər ilkin olaraq iTicket.az-dan əldə ediləcək, oyun gününə qədər isə göstərilən e-mail ünvanına göndəriləcək.
Matçın keçiriləcəyi “Sent Ceyms Park” stadionunda “Qarabağ” azarkeşləri üçün 2466 yer ayrılıb.
Qeyd edək ki, "Nyukasl" - "Qarabağ" oyunu fevralın 24-dən 25-nə keçən gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.