Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman Ronaldunun boykotuna baş məşqçi də qoşulacaq
idman

Ronaldunun boykotuna baş məşqçi də qoşulacaq

06-02-2026 20:00 16 Baxış
IMG

"Ən-Nəsr"in hücumçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı Pro Liqanın bu gün keçiriləcək "Əl-İttihad"la matçında oynamayacaq.

 

Tvit.az"Arriyadiah"a istinadən xəbər veirr ki, klub və liqa nümayəndələri portuqaliyalı futbolçunu matçları boykot etməyi dayandırmağa razı sala bilməyiblər.

 

Üstəlik, gözlənilir ki, komandanın baş məşqçisi Jorji Jezuş da ona qoşulacaq. O, mətbuat konfranslarında iştirak etməyəcək.

 

Xatırladaq ki, Ronaldu daha əvvəl Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondunun klubu digər rəqiblərlə, xüsusən "Əl-Hilal"la müqayisədə necə idarə etməsindən narazılığını ifadə etmişdi.