İran və ABŞ arasında nüvə üzrə danışıqlar rəsmi olaraq Maskatda start götürüb.
Tvit.az xəbər verir ki, bu barədə Mehr agentliyi məlumat yayıb.
Məlumata əsasən, danışıqlara İranın xarici işlər naziri Seyyid Abbas Əraqçı və ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoff sədrlik edir, Oman isə vasitəçi rolunu icra edir.
Qeyd edək ki, bügunkü danışıqlar nüvə məsələsi və sanksiyaların yüngülləşdirilməsi ətrafında qurulub.
Aysel Şirinova