Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya ABŞ-dan vətəndaşlarına müraciət: İranı tərk edin
dünya

ABŞ-dan vətəndaşlarına müraciət: İranı tərk edin

06-02-2026 10:00 15 Baxış
IMG

Bu gün İran İslam Respublikası ətrafında gərginliyin artması ilə ABŞ İrandakı vətəndaşlarına təcili xəbərdarlıq edib. 


Tvit.az xəbər verir ki, ABŞ-nin İrandakı virtual səfirliyi öz rəsmi “X” hesabında paylaşım edərək, bütün Amerika vətəndaşlarını dərhal İranı tərk etməyə çağırıb.


Bildirişdə aşağıdakı ciddi risklərə diqqət çəkilib:
İnternet kəsintiləri – əlaqənin fasilələrlə kəsilməsi təhlükəsi;
Əlavə səfər yollarına ehtiyac – adi nəqliyyat marşrutlarının işləməməsi ehtimalı;
Quru yollarla çıxış məsləhəti – İranı tərk etmək üçün Türkiyə və ya Ermənistan vasitəsilə quru çıxışlar tövsiyə edilir;
İkili vətəndaşlar üçün yüksək həbs riski – həm İran, həm də ABŞ vətəndaşlığı olan şəxslər üçün təhlükə artıb. 


Bildirişdə ABŞ hökumətinin ölkəni tərk edənlərə rəsmi kömək göstərməyə zəmanət vermədiyi də vurğulanıb.


Elmin Alışov