Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ və İran arasında artan gərginliyin hərbi müdaxilə ilə deyil, diplomatiya yolu ilə nizamlanmalı olduğunu bildirib.
Tvit.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
O, vurğulayıb ki, Türkiyə ABŞ-nin İrana qarşı mümkün hərbi müdaxiləsinə qəti şəkildə qarşıdır və bu mövqeyini həm amerikalı, həm də iranlı rəsmilərə açıq şəkildə çatdırıb.
Elmin Alışov