Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial KİV: Qəddafinin oğlu Seyf əl-İslam Liviyanın qərbində öldürülüb
sosial

KİV: Qəddafinin oğlu Seyf əl-İslam Liviyanın qərbində öldürülüb

03-02-2026 23:00 17 Baxış
IMG

Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin oğlu Seyf əl-İslam ölkənin qərbdəki Əz-Zintan şəhərində öldürülüb.

 

Tvit.az xəbər verir ki, bu məlumatı "Libya al-Ahrar" telekanalı yayıb.

 

Əl-İslama yaxın mənbələrinin verdiyi məlumata görə, ona naməlum yaraqlılar hücum edib. Hadisənin əlavə təfərrüatları hələlik açıqlanmayıb.

 

2021-ci ildə Seyf əl-İslam Liviya prezidentliyinə ümumi seçkilərdə namizədliyini irəli sürmək planlarını açıqladı. Seçkilərin həmin ilin sonlarında keçirilməsi planlaşdırılırdı, lakin hələ baş tutmayıb.

 

2023-cü ildə BMT Baş katibinin Liviya üzrə xüsusi nümayəndəsi və BMT-nin ölkədəki dəstək missiyasının rəhbəri Əbdülay Batili Qəddafinin böyük oğlunun istəsə, prezidentliyə namizədliyini irəli sürə biləcəyini təsdiqləyib.