G7 ölkələri 2025-ci ildə Ukraynaya ERA proqramı çərçivəsində demək olar ki, 40 milyard dollar kredit veriblər. Proqram dondurulmuş Rusiya aktivlərinin faiz hesabına borcun ödənilməsini nəzərdə tutur.
Tvit.az xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyi öz saytında məlumat verib.
“2025-ci ildə dövlət büdcəsinin maliyyələşdirilməsinin ən böyük mənbəyi G7 ölkələrindən alınan ERA kreditləri olub. Bu kreditlərin həcmi 37,9 milyard ABŞ dolları təşkil edib və onlar qismən dövlət borcu kimi nəzərə alınır. Bundan əlavə, Avropa İttifaqından 12,1 milyard ABŞ dolları həcmində maliyyələşmə təmin edilib”, - deyə qurumun rəsmi saytında bildirilir.
Aysel Şirinova